“Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası olaraq -biz, xarici müdaxilələrə qarşı ortaq mövqe nümayiş etdirməli və öz taleyimizi özümüz müəyyən etməliyik. “Üç dövlət, bir millət” anlayışı artıq sadəcə bir ifadə deyil, eyni zamanda geosiyasi bir zərurətdir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşü zamanı deyib.
“Türk dünyası bizim ailəmizdir; başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə daşımaq üçün ortaq səylərimiz hər zamankindən daha vacibdir. Türk Dövlətləri Təşkilatı bu baxımdan yalnız əməkdaşlıq platforması deyil, həm də ortaq tariximizin, mədəniyyətimizin və gələcəyimizin təminatıdır” – deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:00 / 09.04.2026
“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım
Hazırda oxunan: “Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım
Hazırda oxunan: “Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım
606132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































