Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hazırda oxunan: Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

606077

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.

Bizim.Media xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
 

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulandı, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirildi.


Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edildi, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO