Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

Hazırda oxunan: Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

605004

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

Bizim.Media xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO