ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

Hazırda oxunan: ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

604887

İran müharibəsinə fərqli yanaşma ABŞ-la Avropa İttifaqı (Aİ) arasında münasibətləri xeyli gərginləşdirib.

“Köhnə dünya”nın Hörmüz boğazı məsələsində ABŞ-a dəstək olmaması, hətta bəzi NATO ölkələrinin hava məkanının Amerika hərbi təyyarələrinin üzünə bağlaması Tramp adminstrasiyasının kəskin narazılığına səbəb olub. 

Yaranmış vəziyyətdə, Ağ Ev Avropanı hətta NATO-dan çıxacağı ilə hədələyir.

Aydın məsələdir ki, Aİ bir çox məsələdə, xüsusən də hərbi baxımdan ABŞ-dan çox asılıdır. Daha doğrusu, Avropa hazırki təhlükəsizliyini ABŞ-a borcludur, desək, yəqin ki, yanılmarıq. Amma bununla belə, əvvəl Ukrayna, indi də İran müharibəsinə münasibət məsələsində müttəfiqlər arasında kəskin zidiyyətlər yaranıb. Yaranmış durum isə ilk növbədə daha çox ABŞ dəstəyindən asılı olan Avropanın maraqlarına cavab vermir. 

ABŞ-la münasibətlərin gərginləşməsi fonunda Avropa ölkələrini nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, ABŞ-la Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsinin əsas zərərini “köhnə qitə”dən daha çox Ukrayna çəkəcək:

“Yəni sözügedən münasibətlərin pisləşməsi yalnız Ukrayna müharibəsinə təsir edəcək. Ukrayna daha az silah alacaq, nəticədə onun müqavimət imkanları azalacaq. Çünki İranla müharibə ABŞ-ın anbarlarındakı silahların kifayət qədər azalmasına gətirib çıxarıb. Bunun özü də şübhəsiz ki, Ukrayna müharibəsinə öz təsirini göstərəcək”.

Vaşinqtonla Avropa arasında gərginləşən münasibətlər isə, həmsöhbətimizə görə təkcə Avropaya deyil, ABŞ-ın özü üçün də problem yaradacaq:

“Yəqin ki, Tramp bunu başa düşür. Çünki bu vəziyyət ABŞ, hətta Trampın özü üçün də problem yaradacaq. Bu səbəbdən Ağ Ev Avropa ilə münasibətlərini çox da gərginləşdirməyəcək. Avropa ölkələri Ukrayna müharibəsinin maksimum uzanmasına çalışacaq və Trampın hakimiyyətdən getməsini gözləyəcəklər. Bu müddət ərzində isə ABŞ-la münasibətlərdə müxtəlif manevrlərə əl atacaqlar ki, gərginləşən münasibətlər Avropaya hər hansı bir ciddi xətər yetirməsin”.

Ekspertin fikrincə, Tramp NATO-dan çıxmaq barədə bəyanatlarını da reallaşdırmayacaq:

“Hətta belə bir qərar qəbul olunsa da, onun ömrü 2-3 il çəkəcək və yeni seçilən Prezident ABŞ-ı yenidən NATO-ya qaytaracaq”.

Hətta ekspert düşünür ki, Avropanın Hörmüz boğazının açılması ilə bağlı verdikləri bəyanat da öz təsirini göstərəcək.

A. Səmədova bildirib ki, bu istiqamətdə koalisiya şəklində müəyyən addımların atılması da istisna deyil:

“Bu isə tərəflər arasında yaşanan böhranın şiddətini bir qədər azaldacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO