ABŞ-ın Potomak şəhərində yerləşən Bnay Tsedek Konqreqasiyasının ravvini Stüart Vaynblatt Azərbaycan–İsrail əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş səfər çərçivəsində Azərbaycana gələn ravvinlərdən ibarət nümayəndə heyətinə rəhbərlik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Washington Jewish Week nəşri yazıb.
“Siionist Ravvinlər Koalisiyasının sədri kimi düşündüm ki, əhalisinin əksəriyyəti müsəlman olan, İsraillə müsbət münasibətləri olan və antisemitizmin olmaması ilə fəxr edən bir ölkəni öz gözlərimizlə görmək bizim üçün maraqlı və faydalı olar”, – deyə Vaynblatt bildirib.
Səfərdə iştirak edən 13 ravvinin əksəriyyəti üçün bu, Azərbaycana ilk səfər olub. Vaşinqtondan ravvin Yan Kaufman və Rokvill şəhərindəki “Kehilat Pardes – Rok Krik” sinaqoqundan ravvin Uri Topoloskinin də daxil olduğu nümayəndə heyəti ölkə rəsmiləri ilə görüşlər keçirərək müxtəlif xalqlar və qruplar arasında dialoqun qurulmasının vacibliyini vurğulayıb.
“Orada keçirdiyimiz bir neçə gün olduqca gərgin idi”, – deyə Vaynblatt qeyd edib və əlavə edib ki, ABŞ-a daha məlumatlı şəkildə qayıdıb.
Məqalədə vurğulanır ki, Azərbaycan digər müsəlman ölkələrinin təzyiqlərinə baxmayaraq, İsraillə möhkəm əlaqələr saxlayan müsəlman əhalisi olan yeganə ölkədir.
Nümayəndə heyəti Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüb. Görüşdə Azərbaycanın İsraillə strateji tərəfdaşlığı müzakirə edilib. Hikmət Hacıyev İsrailə Azərbaycan cəmiyyətində güclü dəstəyin olduğunu bildirib və “Avroviziya” mahnı müsabiqəsində İsrailin Azərbaycan tamaşaçıları və münsiflərindən maksimum səs aldığını xatırladıb.
“Yüksək vəzifəli şəxslərlə bu görüşlər bizim üçün əsl kəşf oldu”, – deyə Vaynblatt bildirib. – “Bir çox insanlar mövcud olan müsbət münasibətlərin və hisslərin miqyasını bilmir. Bu səfər bizə müsəlman ölkəsində yəhudilərlə və İsraillə müsbət münasibətlərin mümkün olduğunu görmək və bunu başqalarına çatdırmaq imkanı verdi”.
Nəşrin yazdığına görə, nümayəndə heyəti Bakıda yerləşən hər üç sinaqoqu ziyarət edib və yerli yəhudi icmasının üzvləri ilə vaxt keçirib. Azərbaycanda yaşayan təxminən 25 min yəhudi ölkə əhalisinin 0,2 faizindən də azını təşkil edir.
Səfər çərçivəsində ravvinlər yerli sakinlərin “dağ yəhudiləri sinaqoqu” adlandırdığı sinaqoqda gündəlik minyanlarda iştirak ediblər.
“Biz özümüzü evimizdəki kimi hiss edirdik, bizi çox səmimi qarşıladılar”, – deyə Vaynblatt vurğulayıb.
Qrup həmçinin İsraildən kənarda tamamilə yəhudi əhalisindən ibarət nadir yaşayış məntəqələrindən biri olan Qırmızı Qəsəbəyə də səfər edib. (Mənbə: First News Media, Washington Jewish Week)
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:23 / 16.12.2025
ABŞ-dan Azərbaycana gələn ravvinlər: “Özümüzü evimizdəki kimi hiss edirdik”
Hazırda oxunan: ABŞ-dan Azərbaycana gələn ravvinlər: “Özümüzü evimizdəki kimi hiss edirdik”
Hazırda oxunan: ABŞ-dan Azərbaycana gələn ravvinlər: “Özümüzü evimizdəki kimi hiss edirdik”
585851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































