Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verilməsi ilə bağlı qərarını alqışlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki,bu barədə Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı danışıb.
O, regionda müşahidə olunan müsbət dinamikanın iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını qeyd edib:
“Regional kommunikasiyaların açılması böyük regionun bütün ölkələri üçün iqtisadi dayanıqlığın gücləndirilməsinə və əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər.
Azərbaycanın bu qərarı regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndiririk”
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:37 / 11.12.2025
Paşinyan İlham Əliyevin qərarını ALQIŞLADI
Hazırda oxunan: Paşinyan İlham Əliyevin qərarını ALQIŞLADI
Hazırda oxunan: Paşinyan İlham Əliyevin qərarını ALQIŞLADI
585097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































