Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.
Bizim.Media xəbər verir ki, əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlət başçısı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib, iki ölkə arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.
Bərpaolunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:18 / 06.12.2025
Prezident: “Azərbaycan-BƏƏ əməkdaşlığı daha geniş region üçün mühüm əhəmiyyət kəsb edir”
Hazırda oxunan: Prezident: “Azərbaycan-BƏƏ əməkdaşlığı daha geniş region üçün mühüm əhəmiyyət kəsb edir”
Hazırda oxunan: Prezident: “Azərbaycan-BƏƏ əməkdaşlığı daha geniş region üçün mühüm əhəmiyyət kəsb edir”
584176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































