Doha Forumunda Azərbaycan-Ermənistan sülh prosesinə həsr olunan panel sessiya keçirildi - FOTO

Doha Forumunda Azərbaycan-Ermənistan sülh prosesinə həsr olunan panel sessiya keçirildi - FOTO

Hazırda oxunan: Doha Forumunda Azərbaycan-Ermənistan sülh prosesinə həsr olunan panel sessiya keçirildi - FOTO

584165

Doha Forumu çərçivəsində "Ermənistan–Azərbaycan Dayanıqlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək" adlı panel sessiya keçirilib.

Bizim.Media xəbər verir ki, David Hearstın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.

H.Hacıyevin "X" hesabında yazdığı məlumata görə, müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.

"Mən Azərbaycan tərəfinin Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində göstərdiyi güclü iradəni vurğuladım", - Prezidentin köməkçisi qeyd edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO