Prezidentin köməkçisi: “Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb”

Prezidentin köməkçisi: “Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb”

Hazırda oxunan: Prezidentin köməkçisi: “Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb”

583285

Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və bir qrup jurnalistə müsahibəsində bildirib.
 

H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Duşənbədə növbəti görüşdə (Azərbaycan və Rusiya liderləri - red.) müzakirə edilib.


"Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO