Cənubi Qafqaz regionunda sülh qonşular arasında rifah və inkişafa gətirməlidir.
Bizim.Media "Eutoday"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməliyik", - "Eutoday" H.Hacıyevin sözlərini sitat gətirir.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh regiona rifah və inkişaf gətirməli, həmçinin qonşular arasında qarşılıqlı əlaqələri möhkəmləndirməlidir.
Prezident köməkçisinin sözlərinə görə, Şərqlə Qərb, eləcə də Şimal və Cənub arasında əlaqələr genişləndikcə Ermənistan "dalana dirənmiş ölkə"dən tranzit dövlətə çevrilə bilər.
Bizim.Media

































































































