“Cənubi Qafqazda İtaliyanın səfirliyi açılan yeganə ölkə Azərbaycandır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili deyib.
O bildirib ki, bu və digər bu kimi məqamlar ölkələr arasındakı münasibətlərin çoxşaxəliliyini nümayiş etdirir:
“İtaliya Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək qiymətləndirir”.
Günay Şahmar, Bizim.Media



























































































