Qəzzada gərginliyin artmasına israilli politoloqdan REAKSİYA – “Cavab tədbirləri qaçılmazdır” – ÖZƏL

Qəzzada gərginliyin artmasına israilli politoloqdan REAKSİYA – “Cavab tədbirləri qaçılmazdır” – ÖZƏL

Hazırda oxunan: Qəzzada gərginliyin artmasına israilli politoloqdan REAKSİYA – “Cavab tədbirləri qaçılmazdır” – ÖZƏL

577455

Qəzzada sülh üçün atəşkəs elan edilsə də, yenidən silahların danışdığını görmək mümkündür. Hər iki tərəf özünü haqlı hesab edərək, gərginliyi zaman-zaman artırır.

Bəs bölgədə sülh üçün ciddi irəlləyişlər əldə edildiyi bir vaxtda gərginliyin artmasında maraqlı olanlar kimlərdir? Ərazidə yekun sülhə nail olmaq mümkün olacaqmı?
 

MÖVZU İLƏ BAĞLI:

Qəzzada atəşkəs POZULDU – Savaş yenidən ALOVLANIR?


Mövzu ilə bağlı Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı, israilli politoloq Dr. Hay Eytan Koen Yanarocak Bizim.Media-nın suallarını cavablandırıb.

O qeyd edib ki, İsrail sülhdə maraqlı olsa da, əsgərinin öldürülməsinə cavabsız qala bilməz:

“Atəşkəs əldə edildikdən sonra da zaman-zaman yenidən toqquşmalar müşahidə edildi. Belə ki, keçən həftə HƏMAS tərəfindən qurulan bir pusqu nəticəsində iki israilli əsgərin ölümü ilə nəticələnən hadisə baş verdi və bu da atəşkəsin pozulması deməkdir. Buna görə də İsrail Müdafiə Qüvvələri, müəyyən etdiyi "sarı sərhəd"in pozulmasının qarşısını almaq və əsgərlərin həyatına təhlükə yaranmaması üçün zəruri tədbirlər görür. Bəzən bu səbəbdən atəş açmaq qaçılmaz olur”.

Analitik hesab edir ki, razılaşma bir neçə mərhələdən ibarətdir və ikinci mərhələyə başlamaq üçün qarşı tərəfin vədləri tam yerinə yetirməsi mütləqdir:

“Hazırda Qəzzada HƏMAS tərəfindən öldürülmüş israilli girovların cəsədləri var. Bu cəsədlər İsrailə təhvil verilmədiyi müddətdə razılaşmanın ikinci mərhələsinə keçmək mümkün deyil. Beləliklə, əgər tam mənada sülh istənilirsə, razılaşmada da qeyd olunduğu kimi, HƏMAS-ın tərksilah edilməsi və yüksək rütbəli terrorçularının Qəzza sərhədlərindən kənara sürgünə göndərilmələri lazımdır”, - deyə israilli analitik əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO