Azərbaycan deputatları İrəvanda keçirilən tədbirə qatılmayacaq - SƏBƏB

Azərbaycan deputatları İrəvanda keçirilən tədbirə qatılmayacaq - SƏBƏB

Hazırda oxunan: Azərbaycan deputatları İrəvanda keçirilən tədbirə qatılmayacaq - SƏBƏB

577447

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Assambleyasının 28–30 oktyabr tarixlərində İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Avronestdəki Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili məlumat verib.

Onun sözlərinə görə, Avropa Parlamentinin sənədləri və bəyanatları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edir:
 

“Bu bəyanatlar həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Milli Məclis bu məsələ ilə bağlı dəfələrlə etirazını bildirib.


Bu ilin avqustunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vaşinqtonda keçirilmiş və dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanmış sülh görüşündən sonra Avropa Parlamentinin verdiyi qeyri-konstruktiv bəyanat bir daha Azərbaycan nümayəndə heyətinin Avronest çərçivəsində bu təşkilatla əməkdaşlığın faydasına olan inamını sarsıtdı. Buna görə də biz İrəvanda keçiriləcək plenar sessiyada iştirak etməyəcəyik. Biz etirazlarımızı təşkilat rəhbərliyinə də çatdırmışıq. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində praktiki addımlar atılır.”

Xatırladaq ki, Gürcüstan parlament nümayəndə heyəti iclasa qatılmayacaq. 
 

Gürcüstam parlamentinin Avrointeqrasiya Komitəsinin sədri Levan Maxaşvili sosial şəbəkələrdə “Avronest” rəhbərliyinə göndərilmiş məktubu dərc edib. Məktubda qeyd olunur ki, Gürcüstan “Avropa Parlamentinin bəzi üzvlərinin düşmənçilik ritorikası və addımlarının tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə zidd olması”ndan getdikcə daha çox narahatdır.


Gürcü tərəfi bəzi Avropa deputatlarının “Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyalarında iştirakını” pisləyib və onların bəyanatlarının “ölkədə ictimai iğtişaşları, radikallaşmanı və zorakılığı təşviq etdiyini” vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO