Azərbaycan və Ermənistanın İtaliyadakı səfirləri – Rəşad Aslanov və Vladimir Karapetyan “Sülh mümkündür” adlı müzakirədə iştirak ediblər. Tədbir “Festival della Diplomazia” klubunun rəhbəri Corco Bartolomuççinin dəvəti ilə keçirilib və İtaliyanın müxtəlif universitetlərindən təxminən 150 alim və tələbə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın İtaliyadakı səfirliyinə istinadən erməni KİV-ləri yayıb.
Məlumata görə, Azərbaycan və Ermənistan səfirləri ABŞ prezidenti Donald Trampın regionda sülhün bərqərar olunmasındakı xüsusi rolunu vurğulayıblar.
Vaşinqton razılaşmalarına toxunan Vladimir Karapetyan qeyd edib ki, regionda sülhün təmin edilməsi artıq reallıqdır və bu reallıq heç vaxt yenidən nəzərdən keçirilməməlidir.
Müzakirənin moderatoru Roma meri yanında diplomatik müşavir Fabio Sokoloviç olub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:36 / 23.10.2025
Azərbaycan və Ermənistanın İtaliyadakı səfirləri eyni tədbirdə iştirak etdilər
Hazırda oxunan: Azərbaycan və Ermənistanın İtaliyadakı səfirləri eyni tədbirdə iştirak etdilər
Hazırda oxunan: Azərbaycan və Ermənistanın İtaliyadakı səfirləri eyni tədbirdə iştirak etdilər
576829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.