Tehranda səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran liderinin müşaviri Mehdi Sanai ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
“Məsud Pezeşkianın Bakıya səfərindən sonra münasibətlərimizdə müsbət irəliləyiş müşahidə olunur. Lakin biz quru sərhədlərin açılması və məhbus mübadiləsi haqqında sazişin həyata keçirilməsi üçün səylərimizi artırmalıyıq”, deyə o, əlavə edib.
Sanai iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin müntəzəm olmasının vacibliyini vurğulayaraq deyib ki, rəsmi Tehran ümid edir ki, yaxın gələcəkdə Prezident İlham Əliyev İrana səfər edəcək.
Öz növbəsində Xələf Xələfov bildirib ki, Azərbaycan və İran arasındakı münasibətlər möhkəm tarixi təmələ malikdir və hər iki ölkənin bütün qurumları və təşkilatları maneələrin aradan qaldırılması və əməkdaşlığın inkişafı üçün səylər göstərir.
Bizim.Media