Paşinyan: “Azərbaycan Prezidentinin ixrac məhdudiyyətləri ilə bağlı qərarı mühüm addımdır”

Paşinyan: “Azərbaycan Prezidentinin ixrac məhdudiyyətləri ilə bağlı qərarı mühüm addımdır”

Hazırda oxunan: Paşinyan: “Azərbaycan Prezidentinin ixrac məhdudiyyətləri ilə bağlı qərarı mühüm addımdır”

576792

“Qeyd etmək lazımdır ki, Ermənistan tədricən blokadanı dəf edir. Artıq iki gündür müzakirə olunur ki, Azərbaycan Ermənistana ixrac məhdudiyyətlərinin aradan qaldırıldığını elan edib. Tbilisidə keçirilən “İpək Yolu” konfransı zamanı mən Azərbaycan Prezidentinə bu qərarına görə minnətdarlığımı bildirdim və bu addımı alqışladım. Eyni təşəkkürü burada da bildirmək istəyirəm, çünki bu, çox mühüm qərardır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında bildirib.

“Bu, onu göstərir ki, Vaşinqton bəyannamələri və əldə olunan razılaşmalar bəzilərinin təqdim etməyə çalışdığı kimi sadəcə söz deyil, konkret nəticələr verən sənədlərdir,” — deyə o, əlavə edib.

Xatırladaq ki, oktyabrın 21-də Astana şəhərində Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında demişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: “Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Qeyd edək ki, Ermənistanın “blokada” adlandırdığı vəziyyət əslində onun öz siyasətinin nəticəsidir. İllərlə Azərbaycan və Türkiyəyə qarşı irəli sürdüyü əsassız ərazi iddiaları bu ölkəni qonşularla diplomatik və iqtisadi münasibətlərdən kənarda qoyub.

Məhz bu səbəbdən Ermənistan bölgədə izolyasiyaya düşüb və indi tədricən bu vəziyyətdən çıxmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO