Paşinyanın mətbuat katibi: Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır

Paşinyanın mətbuat katibi: Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır

Hazırda oxunan: Paşinyanın mətbuat katibi: Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır

576445

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Prezident İlham Əliyevin Azərbaycanın Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırması barədə bəyanatını şərh edib.

Bizim.Media xəbər verir ki, Bağdasaryan bu barədə Facebook səhifəsində paylaşım edib:

“Ermənistan Respublikası Azərbaycan Respublikasının Prezidentinin Ermənistana yönələn yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin ləğvi ilə bağlı bəyanatını alqışlayır.

Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmlənməsi və Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq institusionallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir” – Paşinyanın mətbuat katibi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO