Putin: "AZAL təyyarəsinə görə kompensasiya ödəniləcək" - VİDEO

Putin: "AZAL təyyarəsinə görə kompensasiya ödəniləcək" - VİDEO

Hazırda oxunan: Putin: "AZAL təyyarəsinə görə kompensasiya ödəniləcək" - VİDEO

574385

Xəbər verdiyimiz kimi Düşənbədə, Kohi Somon iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Putin İlham Əliyevə görüşə AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsi ilə başlamağı təklif edib.

O, İlham Əliyevlə söhbətində AZAL təyyarəsi ilə baş vermiş faciənin Rusiyanın hava məkanında yaşandığına görə üzr istədiyini xatırladıb.

Putin görüş zamanı İlham Əliyevə AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə ən səmimi başsağlığını bir daha ifadə edib.

Kremlin sahibi AZAL təyyarəsinin qəzaya uğramasını o cümlədən havada Ukrayna pilotsuz uçuş aparatının olması ilə əlaqələndirib.

Rusiya Prezidenti dəqiqləşdirib ki, AZAL təyyarəsi ilə bağlı faciənin baş verdiyi gün Rusiya sərhədini keçmiş üç Ukrayna pilotsuz uçuş aparatı olub.

Putin bildirib ki, Rusiyanın HHM sistemi tərəfindən buraxılmış iki raket AZAL təyyarəsini birbaşa vurmayıb, bir neçə metr aralıda partlayıb.

Putinin sözlərinə görə, AZAL təyyarəsinin ekipajına Mahaçqalada eniş etmək təklif olunub, lakin ekipaj bazalandığı hava limanına yönəlmək qərarı verib.

“AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri baş verənlərin diqqətlə təhlilindən sonra aydın olub”, – deyə Putin İlham Əliyevlə görüşdə bildirib.

O, qeyd edib ki, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək: "AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətə qəti nöqtə qoymaq üçün zaman lazımdır".

Putinin sözlərinə görə, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiyalar məsələsində lazım olan hər şeyi edəcək.

Rusiya prezidenti bildirib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə onu iki gün əvvəl məlumatlandırıblar.

Putin İlham Əliyevə deyib ki, görüşdən əvvəl Moskvaya zəng edib və AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq üzrə əlavə detalların olub-olmadığını soruşub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO