İranın Azərbaycana qarşı şübhələri nədədir? – Rəisinin Zakir Həsənovla görüşdə SÖYLƏDİKLƏRİ

Hazırda oxunan: İranın Azərbaycana qarşı şübhələri nədədir? – Rəisinin Zakir Həsənovla görüşdə SÖYLƏDİKLƏRİ

57373

Azərbaycan Müdafiə nazirinin İran İslam Respublikasına səfəri bu ölkənin mətbuatında geniş şəkildə işıqlandırılıb.

Bizim.Media İran prezidenti administirasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Zakir Həsənovun qonşu ölkənin rəsmiləri ilə keçirdiyi görüşlərə həsr olunan yazılarda bir neçə maraqlı məqam da üzə çıxıb.

Görüşlərdə iranlı rəsmilər ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı müsbət fikirlər səsləndirsələr də, dolayısı ilə bəzi keçmiş iddiaları da dilə gətiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov İran Prezidenti ilə görüşdü - FOTO


İran prezidenti, rəsmi Bakının məsələyə dəfələrlə aydınlıq gətirməsinə baxmayaraq, Azərbaycanla İsrail əlaqələrini hədəfə alan fikirlər səsləndirib.

İbrahim Rəisi qeyd edib ki, “Sionist rejim (İsrail) bəşəriyyətin düşmənidir və heç bir vəchlə müsəlman xalqların dostu ola bilməz. Sionistlərin regionda və Fələstin xalqına qarşı işğal və təcavüzkarlığı bunun sübutudur”.

Rəisi Azərbaycana qarşı terrorçuluqla əlaqəli iddialar da səsləndirib. Onun görüşdə söylədiyi fikirdən belə çıxıb ki, İran ölkəmizə terrorçu elementlərin sıza biləcəyindən narahatdır.

“Təkfirçi və İŞİD terrorçularının hər hansı bir yerdə mövcudluğu region xalqlarının mənafeyinə xidmət etmir. Amerika və sionistlər (İsrail) tərəfindən yaradılan bu qruplaşmalar mövcud olduqları hər bir yerdə cinayətkar əməllər törədiblər. Ümid edirəm ki, Azərbaycanın Silahlı Qüvvələrinin məsələdən xəbərdar bir şəkildə bu istiqamətdə iştirakı və öz rolunu ifa etməsi vasitəsilə təkfirçi cərəyanlar və müsəlmanlarla kompromisə getmək istəməyənlər regiona ayaq aça bilməyəcəklər”, – İran prezidenti İbrahim Rəisi fikrini belə izah edib.

Göründüyü kimi, İran prezidenti tərəfindən səsləndirilən fikirlər kifayət qədər mübahisəli məqamlarla doludur.

Azərbaycanın bütün məslələrdə nümayiş etdirdiyi konstruktivlik və şəffaflığa baxmayaraq qonşu ölkənin rəsmiləri hələ də skeptik münasibət sərgilməkdə və ölkəmizin ünvanına yersiz ittihamlar irəli sürməkdə davam edirlər.

Bu cür yanaşma, xüsusilə iki dövlət rəsmiləri arasında bağlı qapılar arxasında aparılan müzakirələrin İran Prezidentinin Administrasiyası tərəfindən ictimailəşdirilməsi qonşu dövlətin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səsləndirdiyi fikirlərdə heç də səmimi olmadığını əks etdirir.

Əksinə, qeyd olunan nüansların Ermənistanın bu günədək səsləndirdiyi tezilərlə oxşarlıq təşkil etməsi İranın Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirməkdə maraqlı olduğunu düşünməyə əsas verir.


Məsələ ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO