Hikmət Hacıyev malayziyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi

Hikmət Hacıyev malayziyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi

Hazırda oxunan: Hikmət Hacıyev malayziyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi

56517

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

“Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik” - paylaşımda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO