Ərdoğan: “İlham Əliyev və Putinlə Ukraynanı müzakirə edəcəm”

Hazırda oxunan: Ərdoğan: “İlham Əliyev və Putinlə Ukraynanı müzakirə edəcəm”

55982

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya müdaxiləsini real yanaşma hesab etmir. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna böhranını müzakirə etməyə ehtiyac var. 

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan Albaniyaya səfəri zamanı jurnalistlərə bildirib.

"Rusiyanın Ukraynaya təcavüzünü real yanaşma hesab etmirəm. Çünki Ukrayna sıradan bir ölkə deyil. Ukrayna güclü ölkədir. Bundan başqa, Rusiyanın bu addımı atması üçün dünyadakı vəziyyətə və öz vəziyyətinə yenidən baxmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Ukraynada səfərdə idi. İndi mən onunla danışacağam. Təbii ki, bu məsələləri cənab Putinlə müzakirə etməliyik”, - Türkiyə lideri bildirib.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Kiyev Ukrayna silahlı qüvvələrinin bütün şəxsi heyətinin yarısını Donbasa göndərib. 

Moskva NATO ölkələrindən Rusiya sərhədlərinə hərbi texnikanın gətirilməsi və Donbasda Qərb təlimatçılarının sayının artması ilə bağlı narahatlığını bildirib. Qərb ölkələri Donbasda istifadə olunan silahlar da daxil olmaqla Ukraynaya hərbi dəstək verməkdə davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO