İlham Əliyev azad olunan ərazilərdə yeni məscidlərin tikintisindən DANIŞDI

Hazırda oxunan: İlham Əliyev azad olunan ərazilərdə yeni məscidlərin tikintisindən DANIŞDI

55948

“Azad edilmiş torpaqlarda hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib”.

Bizim.Media verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak etdi - FOTO+VİDEO/YENİLƏNİB


“Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Ağdam şəhərinin məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhərinin məscidi də həmçinin.

Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir. Əminəm ki, digər layihələrdə də fəal iştirak edəcək”, - dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO