İqbal Ağazadə Tural Abbaslıya reytinq xoşbəxtliyi arzuladı

Hazırda oxunan: İqbal Ağazadə Tural Abbaslıya reytinq xoşbəxtliyi arzuladı

55936

Tural Abbaslı 2021-ci ildə ən çox izlənilən müxalif partiya rəhbərlərini reytinqini, ilk altılığını bölüşüb. Ağ Partiya sədrinin paylaşdığı sıralamada özü 1-ci yerdə, Ümid Partiyasının lideri İqbal Ağazadə isə 3-cü yerdədir. 

“Vallah mən reytinq dalınca düşmürəm ki”, - sözləri ilə Bizim.Media-ya açıqlamasına başlayan İqbal Ağazadə bəzilərinin reytinq həvəsinin səbəblərinə də toxunub:
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifət iqtidardan təklif gözləyir - Tural Abbaslıdan BƏYANAT 


“Reytinq arxasınca o zaman gedilir ki, siyasətçi və siyasi təşkilat keçirilən seçkilərdə hansısa dairənin nəticələrini öz xeyrinə dəyişmək istəyir. İndi seçki ili deyil. Biz doğru bildiklərimizi deyirik və vətəndaşın yanındayıq. Bir yerdə çox baxarlar, bir yerdə az baxarlar. Amma yenə deyirəm, sözügedən reytinq məsələsi qarşıma çıxmayıb”. 

İqbal Ağazadə həmin reytinqlə xoşbəxt olanlara xoşbəxtlik arzulayıb və öz partiyasının əsasən seçici rəyini dəyişə bilənlər tərəfindən izlənməsinə çalışdıqlarını bildirib:

“Lakin hər halda bu da (Tural Abbaslının bölüşdüyü reytinq) bir göstəricidir. Bizim üçün bu sıralamada məyusedici və yaxud iftixaredici bir şey yoxdur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO