Səfir Rəşad Məmmədov: “Türkiyəsiz Azərbaycan olmayacaq. Azərbaycansız Türkiyə zəif olacaq”

Hazırda oxunan: Səfir Rəşad Məmmədov: “Türkiyəsiz Azərbaycan olmayacaq. Azərbaycansız Türkiyə zəif olacaq”

55642

“Bizim siyasətimiz xalqlarımızın dostluğuna, qardaşlığına cavab verməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun konfrans salonunda bu ölkədə təhsil alan xarici ölkə tələbələri qarşısında “Türk Dövlətləri Təşkilatı və Azərbaycan” mövzusunda çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan səfiri: “Savaş döyüş meydanında bitib, masada başlayıb”


Səfir Türkiyə-Azərbaycan qardaşlığını nümunəvi adlandırıb:

"Türkiyəsiz Azərbaycan olmayacaq. Azərbaycansız Türkiyə zəif olacaq. Türkiyə heç bir dövlətə təhlükə yaratmır, təhlükələrin öhdəsindən gəlir. Türkiyə-Azərbaycan qardaşlığı nümunəvidir".

İki ölkənin həyata keçirdiyi birgə layihələrdən danışan səfir bildirib ki, Azərbaycan Türkiyədə təkcə enerji sektoruna 19,5 milyard ABŞ dolları sərmayə qoyub. Onun sözlərinə görə, Azərbaycan ordusu Türkiyə modeli ilə qurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO