İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul etdi - YENİLƏNİB/FOTO

Hazırda oxunan: İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul etdi - YENİLƏNİB/FOTO

55506

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media-nın məlumatına görə, görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulanıb.

Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirilib, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edilib.

Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olunub.

Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verib.

*** 11:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bua barədə Azərbaycan Prezidentinin Mətbaut Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO