İlham Əliyev Ukraynada nəyin ANONSUNU VERDİ? - “Gözəl hadisələrin şahidi olacağıq”

Hazırda oxunan: İlham Əliyev Ukraynada nəyin ANONSUNU VERDİ? - “Gözəl hadisələrin şahidi olacağıq”

55392

“Ukrayna ilə münasibətləri gücləndiririk. Müzakirələr əsnasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edirik, fikir mübadiləsi aparırıq. Əminəm ki, yaxın gələcəkdə gözəl hadisələrin şahidi olacağıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ukraynalı həmkarı Zelenski ilə birgə mətbuat konfransında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Zelenskinin mətbuat konfransı keçirildi – VİDEO


Ölkə başçısı müstəqillik dönəmində Ukrayna və Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini əlavə edib.

Bu dəstək bugünkü birgə bəyannamədə də əksini tapır:

“Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə böyük maraq və hörmət var. Bu hörmətin əlamətlərindən biri də mənim təşəbbüsümlə Bakının mərkəzində Taras Şevçenkonun abidəsinin ucaldılmasıdır”. 

Ölkə başçısı paytaxtın ən böyük meydanlarından birinin də Ukrayna adını daşıdığını xatırladıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO