“Paşinyan “Artsax”ın Azərbaycana verilməsi planını sona çatdırır” – Erməni deputat

“Paşinyan “Artsax”ın Azərbaycana verilməsi planını sona çatdırır” – Erməni deputat

Hazırda oxunan: “Paşinyan “Artsax”ın Azərbaycana verilməsi planını sona çatdırır” – Erməni deputat

52533

Xəbər verdiyimiz kimi, cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı “BMT Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, sülh müqaviləsi imzalananda bu amil nəzərə alınacaq, yəni Qarabağ rəsmi Bakının tərkibində qalacaq” ifadələrini işlədib. Artıq 2 gündür ki, istər İrəvanda, istər Xankəndidə, istərsə də xarici ölkələrdə bu açıqlama ermənilər və onların havadarları tərəfindən ciddi müzakirə obyektinə çevrilib, Paşinyan “qatil, xain, Qarabağı satan” kimi qələmə verilib.

Ermənistan parlamentinin  “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan da bu mövzuya toxunub.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, o, özünün Facebook səhifəsində fikirlərinə belə başlayıb:

“Faktiki olaraq Nikol Paşinyan və “Artsax” (Qarabağda qondarma rejim nəzərdə tutulur)  istiqamətində işləyən agentlər soydaşlarımızı (Qarabağda müvəqqəti yaşayan ermənilər) taleyin ümidinə buraxmaq qərarına gələrək, respublikanı (“Artsax”) birdəfəlik təhvil verməsi üçün çoxdankı planları işə salıblar”.

Onun fikrincə, “Artsax”da daxili siyasi proseslər yeni mərhələdədir:

“Nikol Paşinyanın “Artsax”ın gələcəyi və danışıqlar prosesi ilə bağlı son bəyanatları təsadüfi deyildi. Bu, onun əsas siyasi xəttinə uyğundur.

“Artsax”da isə təbii olaraq onun Azərbaycana verilməsi prosesinə müqavimət göstərən və sona qədər mübarizə aparmağa hazır olan qüvvələr və şəxslər var. Amma kimin sona qədər dayanıb Türkiyə-Azərbaycan maraqlarına xidmət etməyi və ya “yox” deməyi yaxın günlərdə görünəcək.

Bazar ertəsi “Artsax” parlamentinin növbədənkənar sessiyası gözlənilir və orada hər ehtimala qarşı “respublika”ya qarşı başlanmış proseslərlə bağlı bəyanat qəbul olunacaq.

Artıq indidən “Artsax”ın azərbaycanlaşmasının inkarı prosesinə kimin qoşulacağı, Ermənistan hökumətinə və beynəlxalq ictimaiyyətə hansı mesajların veriləcəyi aydındır”.

Tiqran Abramyan sonda özünə və “Artsax”ın Azərbaycana verilməsinə qarşı çıxanlara  təskinlik verib: “Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Bu ideya uğrunda mübarizə həm “Artsax”da, həm də Ermənistanda bütün sağlam qüvvələri birləşdirməlidir”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO