MDB liderləri İlham Əliyevi təbrik etdilər

MDB liderləri İlham Əliyevi təbrik etdilər

Hazırda oxunan: MDB liderləri İlham Əliyevi təbrik etdilər

52100

Azərbaycan prezidenti İlham Əliyevə ad günü münasibətilə təbriklər gəlir.

Bizim.Media xəbər verir ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev təbrik məktubunda qeyd edir ki, “Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə inkişaf edəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa sevgisinə bərabər HƏRB mədəniyyəti – Qarabağ fatehinin 8 noyabr ƏMRİ


Özbəkistan Prezidenti Şövkət Mirziyoyev isə bildirib ki, “Azərbaycan və Özbəkistan arasında siyasi, ticarət-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələrimizin ümumi tarixi, dini və mədəni kökləri əsasında fəal şəkildə inkişaf edir”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov təbrik məktubunda İlham Əliyevin Bakı ilə Aşqabad arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına toxunub, iki xalqın səmimi dostluğu və qardaşlığının möhkəmlənməsinə şəxsi diqqətini və hərtərəfli dəstəyini xüsusi vurğulayıb.

Tacikistan Prezidenti Emoməli Rəhmon təbrikində deyib ki, “yüksək etimad səviyyəsi ilə səciyyələnən ikitərəfli əlaqələrin keçidi Tacikistanda Sizin adınızla bağlıdır”.
 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təbrikində İlham Əliyevin Bakı ilə Tbilisi arasında qardaşlıq, dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına və dərinləşməsinə böyük töhfəsini qeyd edib:


“Əminəm ki, əlaqələrimiz Gürcüstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə yeni və daha güclü təkan verəcək və son nəticədə ölkələrimizə firavanlıq və sabitlik gətirəcəkdir. Ölkələrimiz gürcü və Azərbaycan xalqlarının çoxəsrlik mehriban qonşuluq və dostluğa əsaslanan uğurlu əməkdaşlığını bundan sonra da davam etdirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO