
- A-
- A
- A+
Siyasət
10:56 / 21.12.2021
İlham Əliyev ilin sonuna kimi Moskvada Paşinyanla görüşəcək - DETALLAR
Hazırda oxunan: İlham Əliyev ilin sonuna kimi Moskvada Paşinyanla görüşəcək - DETALLAR
0:00
0:00
51690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İlin sonuna kimi İlham Əliyev və Nikol Paşinyan Moskvada daha bir görüş keçirə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın “Past” qəzeti yayıb.
"Xarici İşlər Nazirliyindəki mənbəmizin bildirdiyinə görə, Ermənistan və Azərbaycan liderləri bu il daha bir görüş keçirəcəklər. Yeri gəlmişkən, yenə Rusiyada. Bizdə məlumat var ki, görüş baş tutsa, bu, yekun olacaq", - qəzet yazıb.
Qəzet vurğulayır ki, yeni iclas geniş tərkibdə keçiriləcək.
Hər 3 ölkənin müdafiə nazirləri, xarici işlər nazirləri və üçtərəfli komissiyanın üzvləri - baş nazirin müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev iclasa qatılacaqlar.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































