Fəzail Ağamalıdan Razi Nurullayevə ETİRAZ – “Görülən işlərə kölgə salmaq olmaz”

Fəzail Ağamalıdan Razi Nurullayevə ETİRAZ – “Görülən işlərə kölgə salmaq olmaz”

Hazırda oxunan: Fəzail Ağamalıdan Razi Nurullayevə ETİRAZ – “Görülən işlərə kölgə salmaq olmaz”

0:00
0:00
51500

“İstənilən layihəyə müxalifət olaraq hər kəs özünü münasibətini ifadə edə, səs verə bilməyə bilər. Lakin bu fonda quruculuğa kölgə salmaq olmaz”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur


O, deputat Razi Nurullayevin qanuna layihəsinə etiraz etməsini düzgün qarşılamayıb:

"Bu gün təqdim edilən layihə bütün süzgəclərdən keçərək Milli Məclisə təqdim olunub. Əgər Razi Nurullayev ətraflı məlumat almaq istəyirsə, bunun üçün imkan var. Ölkədə su təchizatı və kanalizasiya ilə bağlı aparılan işlərdə neqativ məqamlar ola bilər, lakin görülən işlərə kölgə salmaq olmaz. Hansısa məqsədlə bu cür çıxışları qəbul etmirəm".

Qeyd edək ki, Razi Nurullayev sözügedən layihənin icrası zaman məlumatlandırılma üçün yetərli mənbələrim olmamasını bildirərək qanuna etiraz edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO