Spiker rumıniyalı səfirlə görüşdü - FOTO

Spiker rumıniyalı səfirlə görüşdü - FOTO

Hazırda oxunan: Spiker rumıniyalı səfirlə görüşdü - FOTO

51145

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Rumıniyanın ölkəmizdəki səfiri Vasili Soare ilə görüşüb. Qonağı salamlayan spiker, ona ölkəmizdə diplomatik fəaliyyətndə uğurlar arzulayıb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri qeyd edib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqının üzv ölkələri arasında isə ilk ölkədir.

Sədr vurğulayıb ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər inikişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bildrilib ki, bu əlaqələr siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələri əhatə edir. Ölkə başçılarının qarşılıqlı səfərləri və ölkələrimiz arasında əməkdaşlığa dair mövcud olan müqavilə-hüquqi baza əlaqələrimizə dinamizm verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO