Pənah Hüseyn: “İlham Əliyevin siyasi kursunu doğru hesab edirəm” - VİDEO

Hazırda oxunan: Pənah Hüseyn: “İlham Əliyevin siyasi kursunu doğru hesab edirəm” - VİDEO

49875

“Azərbaycan Prezidentinin son bir ildən çox müddətdə Qarabağ məsələsi ilə bağlı regional və xarici siyasət kursunu doğru hesab edirəm. O cümlədən də, müxalifət mövqeyindən çıxış edərək, daxili siyasətini...”

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn qatıldığı canlı yayımlardan birində deyib.

Belə ki, millət vəkili Fazil Mustafa ilə debata çıxan Pənah Hüseyn fikirlərini bu cür davam etdirib:

“Zaman-zaman qeyd edirəm ki, daxil siyasət məsələsində fikirlərin ictimaiyyətə çatdırılmasında ciddi problemlər var. İqtidarın mövqeyi aydındır. Lakin bizlərin də mövqeyinin bilinməsinə ehtiyac var”.

AXP rəhbəri daha sonra opponentinin İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı Quba rayonuna səfəri çərçivəsində qeyd etdiyi fikirləri dəstəklədiyini bildirib:

“Əlavə olaraq onu da qeyd edim ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qarşısına konkret tarix qoyulmalıdır. Azərbaycan tərəfi İlham Əliyevin şəxsində bu məsələni tələb etdi”.

Debatın maraqlı nüansları ilə videodan tanış ola bilərsiniz:

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO