BMT məhkəməsindən Ermənistanla bağlı təcili tədbirlər görməyə dair GÖSTƏRİŞ

BMT məhkəməsindən Ermənistanla bağlı təcili tədbirlər görməyə dair GÖSTƏRİŞ

Hazırda oxunan: BMT məhkəməsindən Ermənistanla bağlı təcili tədbirlər görməyə dair GÖSTƏRİŞ

49554

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərarına dair paylaşım edib.

Bizim.Media-nın xəbərinə görə, nazir müavininin “Twitter” hesabında edilən paylaşımda bildirilib ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana irqi ayrı seçkiliyin təşviqi və təhriki ilə əlaqədar azərbaycanlılara zərər verilməsinin qarşısının alınması ilə bağlı təcili tədbirlər görməyə dair göstəriş verib.

E. Məmmədov qeyd edib ki, Beynəxalq Ədalət Məhkəməsi Ermənistanın saxlanılan şəxslərin dərhal azad edilməsi və Hərbi Qənimətlər Parkının bağlanması ilə bağlı müraciətini rədd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO