ATƏT-in Minsk Qrupundan nazirlərin baş tutmayan görüşü haqda AÇIQLAMA

Hazırda oxunan: ATƏT-in Minsk Qrupundan nazirlərin baş tutmayan görüşü haqda AÇIQLAMA

49107

ATƏT-in Minsk Qrupunun həmsədrləri Stokholmda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İnterfaks agentliyi yayıb.

"Həmsədrlər sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlayan müzakirələri davam etdirməyə imkan verən şərait yarananda belə görüşü keçirməyə hazır olduqlarını bildirirlər".

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Ermənistan parlamentarilərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə bağlı erməni tərəfinin təxribatı səbəbindən baş tutmadığını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO