Hikmət Hacıyev İstanbulda “Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək - DETALLAR

Hazırda oxunan: Hikmət Hacıyev İstanbulda “Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək - DETALLAR

0:00
0:00
49070

Dekabrın 11-12-də İstanbul şəhərində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək.

Bizim.Media “TRT”yə istinadən xəbər verir ki, dünyanın bir çox ekspertinin qatılacağı tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək.

Məlumata görə, Hikmət Hacıyev “Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.

Bildirilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Zirvəyə videomüraciətlə qatılacaq.

İki gün davam edəcək tədbirdə 30-dan çox ölkənin akademik qurumları, dövlət sektoru, mətbuat, özəl sektor, vətəndaş cəmiyyəti quruluşları, həmçinin beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO