Ərdoğan: “Azərbaycanın bölgə üçün atdığı addımlar təqdir edilməlidir\"

Hazırda oxunan: Ərdoğan: “Azərbaycanın bölgə üçün atdığı addımlar təqdir edilməlidir\"

48043

"Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısındakı çıxışında bildirib.

"Bu addımlar bölgədə normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir", - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə toplantısında çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO