Prezident Azərbaycandakı iqtisadi durumu açıqladı – “İşsizlik 6 faizə enib”

Hazırda oxunan: Prezident Azərbaycandakı iqtisadi durumu açıqladı – “İşsizlik 6 faizə enib”

48041

“Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Dövlət başçısı Azərbaycanın nailiyyətlərinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında İŞTİRAK EDİR


“Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Bu ilin aprel ayında Azərbaycan Dünya İqtisadi Forumu ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb. Ümid edirik ki, Mərkəz İƏT çərçivəsində əməkdaşlığa töhfə verəcəkdir", - deyə İlham Əliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO