İlham Əliyev Soçidə Putinə başsağlığı verdi: “Təəssüf ki, çoxlu insan həlak oldu”

Hazırda oxunan: İlham Əliyev Soçidə Putinə başsağlığı verdi: “Təəssüf ki, çoxlu insan həlak oldu”

47837

Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Kemerovo vilayətində baş vermiş faciə ilə əlaqədar Rusiya tərəfinə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Qarabağdakı vəziyyəti nizamlamağın vaxtı çatıb” - VİDEO


"Kemerovo vilayətində şaxtada baş vermiş faciə ilə əlaqədar şəxsən sizə başsağlığı vermək istərdim. Təəssüf ki, çoxlu insan həlak oldu. Dünən teleqram vurdum, bu gün Azərbaycan xalqı adından şəxsən sizə və bütün rus xalqına başsağlığı vermək istəyirəm.”, - deyə İlham Əliyev qeyd edib.

Noyabrın 25-də səhər saatlarında Kemerovo vilayətinin Belovo şəhərindəki Listvyajnaya mədənində tüstülənmə qeydə alınıb. Həmin vaxt 285 nəfər yerin altında olub.
 

Onların əksəriyyətini çıxara biliblər, digərilərinin arxasınca xilasedicilər gedib, lakin bir müddət sonra partlayış təhlükəsi ilə əlaqədar geri çağırılıb. Fövqəladə vəziyyətə səbəb, ilkin məlumatlara görə, metan partlayışı olub.


İndi 51 nəfərin öldüyü elan edilib: 46 şaxtaçı və 5 mədən xilasedicisi. 50 nəfər xəstəxanaya yerləşdirilib: 38 şaxtaçı və 12 xilasedici. Sənaye təhlükəsizliyinin pozulması və səhlənkarlıq faktları üzrə cinayət işi başlanıb. Şaxtanın direktoru, onun birinci müavini və bölmə rəisi, həmçinin Rostexnadzorun iki müfəttişi saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO