İqor Korotçenkodan ÖZƏL: “Paşinyan qaçmaq istəyirdi, Rusiya imkan vermədi”

Hazırda oxunan: İqor Korotçenkodan ÖZƏL: “Paşinyan qaçmaq istəyirdi, Rusiya imkan vermədi”

47811

Bir qədər sonra, Bakı vaxtı ilə saat 16.00-dan Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş start götürəcək.

Bu görüş haqqında hərbi ekspert İqor Korotçenko öz fikirlərini eksklüziv olaraq Bizim.Media ilə bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Soçi görüşündən öncə Azərbaycan və Ermənistanın MÖVQEYİ – TƏHLİL


O, bildirib ki, bu gün Soçi sammitində baş verən proses Ermənistanın taleyini həll edəcək. 

“Bu gün demək olar ki, hamı Soçi sammitində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının tezliklə həyata keçirilməsini və əsas da Zəngəzur nəqliyyat dəhlizinin açılması məsələlərinin həll olunmasını gözləyir”. 

Ekspert həmçinin qeyd edib ki, Soçi sammitinin birdən təcili təyin olunması Rusiyanın İrəvana Brüssel görüşündən əvvəl göstərdiyi siyasi təzyiq vasitəsidir.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu yolla Nikol Paşinyanı proseslərdə səhv addım atmamaq üçün xəbərdarlıq edir.

“Rusiya Paşinyan Brüsselə yollanmamışdan əvvəl İrəvana diplomatik təzyiq etdi ki, Ermənistan lideri birinci Putinin yanına danışıqlara gəlməlidir. Çünki Paşinyan ABŞ və Avropa ittifaqına arxayınlanaraq, Rusiya və Azərbaycanın əleyhinə oyun oynamaq və bu görüşdən qaçmaq istəyirdi. Bu səbəblə Kreml İrəvana təzyiq göstərdi və Paşinyan Brüsselə yollanmamışdan əvvəl  birinci növbədə Soçiyə Azərbaycan və Rusiya prezidentləri ilə danışıqlara gəlmək məcburiyyətində qaldı. Yəni bu görüş Rusiyanın İrəvana göstərdiyi diplomatik təzyiqin nəticəsidir”.

Sonda İqor Korotçenko vurğulayıb ki, əgər bu gün ki, görüşdən hər hansı bir müsbət nəticə əldə olunmazsa, bunun məsuliyyəti bütövlüklə Ermənistan siyasi hakimiyyətinin və baş nazir Nikol Paşinyanın üzərinə düşür.

“Gedən proseslərdən də görünür ki, Ermənistan 10 noyabrda imzalanan üçtərəfli və 11 yanvar bəyanatının şərtlərini yerinə yetirməsə, ölkəni çıxışı olmayan siyasi dalana soxacaq. Bu da Ermənistanın həm siyasi, həm də iqtisadi cəhətdən məhvi olacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO