Soçi görüşünün ƏSAS MƏQSƏDİ: Hansı sənəd imzalanacaq? - EKSKLÜZİV

Hazırda oxunan: Soçi görüşünün ƏSAS MƏQSƏDİ: Hansı sənəd imzalanacaq? - EKSKLÜZİV

47804

Millət vəkili Asim Mollazadə yaxın saatlarda baş tutacaq Soçi görüşü ilə bağlı fikirlərini bölüşüb. Deputata ünvanlanan əsas suallardan biri isə görüşün formatı ilə bağlıdır. Yəni, Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə əvvəlcə ikitərəfli görüşəcək, ardınca hər üç ölkənin rəhbəri bir araya gələcək. 

Formatın belə olmasının Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakı və İrəvan səfərləri ilə əlaqəsi varmı? 

Bizim.Media-ya özəl açıqlamasında Asim Mollazadə qeyd edib ki, öncə qarşılıqlı mövqelərlə tanışlıq olur. 
 

MÖVZU İLƏ BAĞLI:

Müharibənin başlayacağı tarix açıqlandı - Rusiya əsgərləri əmr gözləyir - FOTO


Hamının mövqeyi bəlli olandan sonra üçtərəfli görüş başlayır:

“Çox güman ki, müzakirələr olacaq. Ermənistan üçtərəfli bəyantda üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Mənə elə gəlir ki, görüş də bununla bağlı keçirilir. Ermənistan ilk növbədə Azərbaycan ərazisini tanımalıdır. Demarkasiya-delimitasiya prosesi icra olunmalıdır. Kommunikasiyaların açılmağı ilə bağlı öhdəliyini yerinə yetirməlidir, söhbət Zəngəzur dəhlizindən gedir. Görüşün əsas məqsədi bundan ibarətdir”.

Sizcə, yeni üçtərəfli bəyanat imzalana bilərmi?

“İstisna deyil ki, Ermənistanın öhdəliklərinin icrası ilə bağlı addımlar kağız üzərində öz əksini tapsın”. 

Razılaşdırılması daha uzun zaman tələb edəcək məsələlər hansılardır?

“Mənə elə gəlir ki, ümumi razılaşma ilə bağlı sənəd imzalanacaq. Gələcəkdə hansısa bir işçi qruplar yaradılacaq”. 

Asim Mollazadənin fikrincə, Ermənistanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı bütün addımlar imzalanacaq sənədlərdə əksini tapmalıdır. 

Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO