Rəsmi Bakı Rusiyaya başsağlığı verdi

Hazırda oxunan: Rəsmi Bakı Rusiyaya başsağlığı verdi

47737

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in tviter səhifəsində yer alıb.

“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - Azərbaycanın xarici siyasət idarəsinin bağsağlığında deyilir.

Son məlumata əsasən "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.

Qeyd edək ki, qəza cümə axşamı səhər saatlarında baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO