\"Azərbaycan belə davransaydı, Qarabağdakı situasiya kökündən dəyişərdi\" - Oleq Kuznetsovdan ÖZƏL

Hazırda oxunan: \"Azərbaycan belə davransaydı, Qarabağdakı situasiya kökündən dəyişərdi\" - Oleq Kuznetsovdan ÖZƏL

46875

"Putinin sülhməramlılarla bağlı fikirləri Kremlin rəsmi mövqeyini əks etdirir. Bu isə o deməkdir ki, Qarabağda Rusiya silahlı qüvvələri olmasa Ermənistanla Azərbaycan arasında döyüşlər bərpa olunacaq".

Özəl olaraq Bizim.Media-ya danışan Rusiyanın tanınmış politoloqu Oleq Kuznetsovun qənaətinə görə, sərhəddə son baş verənlər gərginliyin hələ də olması faktını təsdiqləyir.

Zonasından asılı olmayaraq Ermənistan və Azərbaycan arasında qarşıdurma və toqquşmalar aradan götürülməyib. Amma bu gərginliyin episentri yenə də Qarabağ olacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Zəngəzur dəhlizinin niyə tez açılmasını istəyir? - Oleq Kuznetsovdan ÖZƏL 


"Bu kontekstdə sülhməramlıların regionda olması konfliktləri səngidir və münaqişəninin həllini hərbi müstəvidən danışıqlara keçirir. Belə olmasaydı, hazırda Qarabağda yaşayan 20 min erməninin taleyi sual altında idi. Çünki Azərbaycan həmin erməniləri potensial vətəndaşları saysa da, hazırda onların yaşamını qismən Ermənistan və Rusiya təmin edir. 

Bununla bağlı demək istəyirəm ki, 90-cı illərdə Çeçenistandakı inqilablar zamanı "Çeçen-İçekeriya" özünü müstəqil elan etsə də, Rusiya oradakı insanların maaşını ödəyirdi. Yaşlı çeçenlərə pensiyanı da Rusiya verirdi.

Azərbaycan da belə davransaydı, Qarabağdakı situasiya kökündən dəyişərdi. Amma Azərbaycan cəmiyyəti ermənilərlə yanaşı yaşamağa hazır deyil.

Azərbaycanlılar seqreqasiya (əhalinin bir qrupunun cəmiyyətdən zorla ayrılması) və ermənilərin Qarabağdan çıxmasını arzulayırlar. Bu fonda Rusiya sülhməramlılarının Qarabağda mövcudluğuna ehtiyac var".

Yəni sülhməramlıların Qarabağda mövcudluğu orada yaşayan ermənilərə çıxış yolu olmaqla yanaşı, həmin ərazilərlə bağlı Azərbaycana gələcək planlarını reallaşdırmaq üçün də yardımçıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO