İlham Əliyev və Ərdoğan Zəngilanın Ağalı kəndində - VİDEO

Hazırda oxunan: İlham Əliyev və Ərdoğan Zəngilanın Ağalı kəndində - VİDEO

43335

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın “Ağalı” kəndinə səfər ediblər. 

Bizim.Media xəbər verir ki, prezidentlər daha əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər. 

Qeyd edək ki, Zəngilanın “Ağalı” kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilir.

Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Burada innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO