“Mən partiyalar arası münasibətlərdə iştirak etmirəm”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Liberal partiyasının sədri (ALP) Əvəz Təmirxan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin “Müxalifət partiya rəhbərləri bir-birilərini qəbul etmir” kimi fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, o ümumiyyətlə partiyalar arası gedən proseslərdə iştirak etmir:
“Mən partiya sədri olsam da, partiyalar arası nə münasibətlərdə, nə də heç bir digər proseslərdə iştirak etmirəm. Ümumilikdə bu haqda danışmağım düz olmaz. Çünki mənim partiya sədrlərinin bir-birlərini qəbul edib-etməməsi ilə bağlı verəcəyim hər hansı bir şərh, müxalifətdaxili münasibətləri müəyyən mənada soros formasına gətirə bilər”.































































































