Növbəti erməni təxribatının qarşısı alındı – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Növbəti erməni təxribatının qarşısı alındı – RƏSMİ AÇIQLAMA

42928

Bu gün sosial şəbəkələrin erməni seqmentində Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyanın Moskvada olduğu və burada rəsmi şəxslərlə görüşlər keçirdiyi barədə xəbərlər yayılıb.

Bizim.Media-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı Səfirliyi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur.

"Səfirlik bir daha vurğulayır ki, adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşürlər, belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır. Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədi daşıyır", - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO