“ABŞ-ın Ermənistandakı səfirinin Zəngəzura hər səfərindən sonra qan tökülür” - Politoloqdan şərh 

Hazırda oxunan: “ABŞ-ın Ermənistandakı səfirinin Zəngəzura hər səfərindən sonra qan tökülür” - Politoloqdan şərh 

42901

“Ermənistanda siyasi elitanın fikir formalaşdırılmasında iştirak edən nüfuzlu siyasi ekspertlərdən biri deyir ki, ABŞ-ın Ermənistandakı səfiri Zəngəzura bir də getməsin. Liin Treysi hər ora gedəndə yeni qanlar tökülür...”

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva öz Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngəzurda yeni yolun tikintisinə 11 milyon dollar ayırıb?


Siyasi ekspertin sözlərinə görə, artıq əksər qüvvələr regionda sülhün bərqərar olmasını istəyir.

“Daha necə desinlər ki, aman verin sülh olsun?! ATƏT-in Minsk Qrupu xüsusi ilə həmsədr ölkələr və onların səyini dəstəkləyən Avropa ölkələri anlamalıdır ki, onlar burda prosesdən kənarlaşıblar. Onları başqaları yox elə öz fəaliyyətsizlikləri prosesdən kənarlaşdırıb, Cənubi Qafqazda mövqelərini zəiflədib”. 

O, həmçinin qeyd edib ki, ATƏT-i regiondan "nizamlama sənayesini" alver predmeti kimi istifadə etmək təşəbbüsləri kənarlaşdırıb.

“Bu mövzuda onların təqdim edə biləcəyi, bizim qəbul edə biləcəyimiz heç nə yoxdur.
Əgər ATƏT , Avropa Birliyi , ABŞ regionda mövqelərinin tamam zəifləməsini istəmirlərsə, diqqətlərini Gürcüstana və Ukraynaya cəmləməlidirlər. Tam əmin olsunlar ki, əllərinə düşən ilk imkandaca onlar da torpaqları işğaldan özləri azad edəcək. Bunun üçün atılan addımların işarətlərini artıq müşahidə olunmaqdadır”.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO