Yeni qeydiyyata alınan Yüksəliş partiyası dövlətdən vəsait alacaqmı? - CAVAB

Hazırda oxunan: Yeni qeydiyyata alınan Yüksəliş partiyası dövlətdən vəsait alacaqmı? - CAVAB

42807

Ötən gün Azərbaycan Yüksəliş Partiyası da dövlət qeydiyyatına alınıb. Qeydiyyata düşən partiyalar dövlət tərəfindən ofis və müəyyən maliyyə yardımı ilə təmin olunur. Bu barədə təklif gəlibmi? Yaxud özünüz bu istiqamətdə təşəbbüs göstərəcəksinizmi?

“Biz artıq qeydiyyatdan keçmiş rəsmi partiyayıq. Dövlət tərəfindən bu tip təşəbbüslər olacaqsa, təbii ki, düşünüb dəyərləndirəcəyik” deyən Azərbaycan Yüksəliş Partiyası başqanının birinci müavini Bəhrəm İsmayılov müxalifət partiyasını dövlətin əsas sütunlarından biri adlandırdı.

Bizim.Media-ya özəl açıqlamasında AYP başqan müavini bildirdi ki, bütün sivil respublikalarda olduğu kimi Azərbaycanda da fəaliyyət göstərən partiyalara dövlət tərəfindən şərait yaradılmalıdır. 

Bəhrəm İsmayılovun fikrincə, “dövlət və hakimiyyət məfhumlarını fərqləndirmək lazımdır”.

Gələcək planlarınızla bağlı qısa olaraq nə deyə bilərsiniz?

“Proqramımız, strategiyamız məlumdur. Biz bir siyasi partiyayıq və hakimiyyətə gəlmək iddiasındayıq. Bələdiyyələrdən tutmuş, parlamentə və s. Bir siyasi partiya ortaya çıxırsa, fəaliyyət göstərirsə, deməli siyasi hakimiyyət iddiası var və onu gerçəkləşdirmək üçün mübarizə aparır”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO