Prezident və ailəsi DOST Yaradıcılıq Mərkəzinin açılışında iştirak etdi - FOTO-VİDEO

Hazırda oxunan: Prezident və ailəsi DOST Yaradıcılıq Mərkəzinin açılışında iştirak etdi - FOTO-VİDEO

42774

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradılan şərait barədə məlumat verib. 

Mərkəzin tikintisi “PAŞA Holding” tərəfindən maliyyələşdirilib, arxitektura, layihələndirmə və təşkilati dəstək isə “Cobalt Architecture and Design” şirkəti tərəfindən təmin edilib.

Mərkəz sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. 

Burada əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə 15 yaşdan yuxarı 5 nəfərlik qrup üçün təlim, həmçinin kulinariya yarmarkalarının keçirilməsi, kulinariya verilişlərinin çəkilməsi nəzərdə tutulur. 

Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reallaşdırdığı “Bərabərik” televiziya layihəsi və inklüziv teatrlarla bağlı məlumat verildi. 

Mərkəzdə kitabxana da yaradılıb. Burada Azərbaycan milli ədəbiyyatına, həmçinin xarici dillərdə müxtəlif peşə və sənət tədrisinə dair kitablar var. Kitabxanada görmə məhdudiyyətli şəxslərin bədii yaradıcılığının inkişafı üçün brayl əlifbası ilə kitablardan ibarət guşələrin yaradılması, əlilliyi olan şəxslərin kitablarının təqdimatının, məşhur yazıçıların iştirakı ilə qiraət günlərinin, yerli və xarici yazarların imza günlərinin keçirilməsi nəzərdə tutulur. 

İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 60 nəfər işçi heyət və “Könüllü DOST” üzrə 20 nəfər könüllü fəaliyyət göstərəcək.

*** 12:53 

Oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO