Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd imzalanacaq

Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd imzalanacaq

Hazırda oxunan: Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd imzalanacaq

42446

"Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır". 

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla keçirdiyi birgə mətbuat konfransında deyib. 

Azərbaycanda 20 xorvat şirkətinin fəaliyyət göstərdiyini deyən C.Bayramov əlavə edib ki, turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasında sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb. 

Xarici işlər naziri, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO