Ceyhun Bayramov slovakiyalı həmkarı ilə hansı məsələləri müzakirə etdi? – DETALLAR - FOTO

Ceyhun Bayramov slovakiyalı həmkarı ilə hansı məsələləri müzakirə etdi? – DETALLAR - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov slovakiyalı həmkarı ilə hansı məsələləri müzakirə etdi? – DETALLAR - FOTO

42314

Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla slovakiyalı həmkarı İvan Korçokun görüşü barədə məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, nazirlər arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. 

C.Bayramov Azərbaycan və Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndirərək, ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox sahələrdə inkişafı potensialı vurğulanıb. 

C.Bayramov ikitərəfli iqtisadi münasibətlərin inkişafının əhəmiyətini və bu sahədə mövcud olan potensialı qeyd edərək, cari səfər çərçivəsində hökumətlər arasında iqtisadi əməkdaşlığa dair Sazişin imzalanmasının, habelə Biznes Forumunun keçirilməsinin iqtisadi əməkdaşlığın inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib. 

Nazir İvan Korçok səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşə və aparılan müzakirələrə məmnunluqla istinad edib. 

Ərazi bütövlüyünə hörmət prinsipinin Slovakiya üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Nazir Korçok iqtisadi münasibətlərin inkişafı potensialını vurğulayıb və bu istiqamətdə birgə səylərin və konkret tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini bildirib. O, ölkəsinin Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq prosesində iştirakı marağını ifadə edib. 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO